Neftçi qalibləri mükafatlandırdı
“Neftçi” – “Qəbələ” oyunundan əvvəl azarkeşlər arasında ənənəvi penalti yarışması və əyləncəli virtual penalti müsabiqəsi baş tutub. 30 iştirakçının qatıldğı penalti yarışmasında zərbələri daha dəqiq yerinə yetirən azarkeş Xəyal Nuriyev “Neftçi”nin orijinal formasını qazanıb. Qalibə hədiyyəni “Neftçi” PFK-nın idman direktoru Vəli Qasımov təqdim edib.

Bir neçə gün əvvəl rəsmi feysbuk səhifəmizdə keçirilmiş “Sevimli futbolçu” müsabiqəsinin qalibi olmuş Nizami Hüseynov da hədiyyəsinə qovuşub. Göndərdiyi foto 699 “layk” toplamış qalibə üzərində “Neftçi”nin futbolçularının imzası olan top hədiyyə olunub.

Xəbər 843 dəfə oxundu.