“Qarabağ” “Zirə” komandasını iki cavabsız qolla məğlub edib
Bu gün Azərbaycan Premyer Liqasının XXIV turunda günün son matçı oynanılıb.

Turun mərkəzi oyunu paytaxtda baş tutub. Liderlər qrupunda qərarlaşmış komandalar - “Qarabağ” evdə “Zirə”ni qəbul edib. Turnir cədvəlinin ilk iki pilləsində qərarlaşan rəqiblərin dueli maraqlı və gərgin mübarizə şəraitində keçib. Ağdam təmsilçisi matçın əvvəlində və sonunda vurduqları iki qolla qalib gələrək aradakı xal fərqini artırıblar.

Muarrem Muarrem üçüncü dəqiqədə komandasının ilk qolunu vurub. Qarşılaşmanın 90-cı dəqiqəsində isə Mahir Mədətov fərqi ikiyə çatdırıb. Beləliklə, görüşdə 2:0 hesablı qələbə qazanan Qurban Qurbanovun yetirmələri 51 xalla liderliyini möhkəmləndirib. 44 xala sahib “Zirə”nin isə ikinci pillədə mövqeyi dəyişməyib.

Xəbər 820 dəfə oxundu.