Bakıda “Formula-1” Avropa Qran-prisi üzrə tikinti işləri iyunun 1-dək başa çatdırılacaq
“Formula-1” Avropa Qran-prisində trasın uzunluğu 6 kilometrdir. Yolların asfaltlanması işlərinin 50 faizi artıq başa çatdırılıb. İki qatdan ibarət olacaq asfaltın birinci hissəsi artıq çəkilib.

Bu sözləri Bakı Şəhər Halqası üzrə yarış obyektlərinin tikintisinə məsul olan əcnəbi mütəxəssis Tom Butçer martın müsahibəsində deyib.

O bildirib ki, eyni zamanda, beton təhlükəsizlik sədləri, çəpərləmə, tribunalar və sair işlər də görülüb. Hazırda pit-stopların tikintisi ilə məşğuluq. Bu, yarışın əsas hissəsidir.

Tom Butçer deyib: “Azadlıq meydanında inşa olunan pit-laynın aşağı mərtəbəsində qarajlar olacaq. Müşahidə otağı üç mərtəbə yuxarıda olacaq. Trek boyunca bolidlərin maksimal sürəti saatda 340 kilometr, İçərişəhərdə və Qoşa qala qapılarının yanında isə aşağı sürət həddi saatda 80 kilometr olmalıdır. Trek hamar deyil, burada yoxuşlar da var. “Formula-1” yarışlarının keçirildiyi digər ölkələrə nisbətən Bakıdakı trek çox valehedicidir. Əminəm ki, qonaqlar Azərbaycanı, yerli əhalini çox sevəcəklər və bütün dünya bu şəhərin gözəlliyinə məftun olacaq”.

Əcnəbi mütəxəssis qeyd edib ki, son iki həftədə xeyli iş görülüb. İnşaat işləri zamanı paytaxt sakinlərinə mane olmamağa çalışırıq. Bakı çox hərəkətli şəhərdir. Çalışırıq ki, sakinlərin narahatlığını minimuma endirək. Tikinti işləri iyunun 1-dək tam başa çatdırılacaq.

AZƏRTAC

Xəbər 680 dəfə oxundu.