Azərbaycan üzgüçüsü açıq Gürcüstan çempionatında mükafatçılar sırasında yer alıb
Gürcüstanda üzgüçülük üzrə 19 yaşadək idmançılar arasında açıq ölkə çempionatı keçirilib.

Çempionatda ölkəmizi “Təhsil” idman klubunun üzgüçüləri təmsil ediblər.

Yarışda Azərbaycan idmançısı Ramil Vəlizadə 400 metr məsafəyə sərbəst üsulla üzgüçülük yarışlarında bürünc medal qazanıb.

Xəbər 2233 dəfə oxundu.