Azərbaycan Gimnastika Federasıyası uğurlarını davam etdirir
Azərbaycan Gimnastika Federasiyası (AGF) uğurlarını davam etdirir. AGF artıq iki il dalbadal fəaliyyətlərinə görə Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən mükafatlara layiq görülən, fərqlənən idman qurumlarının reytinq siyahısına daxil olub.

2015-ci il üzrə reytinq siyahısı FIG-nin İcraiyyə Komitəsinin İsveçrənin Lozannadakı baş ofisdə keçirilən növbəti iclasında müəyyən edilib. Mükafatlar hər il federasiyaların beynəlxalq fəaliyyəti - Dünya Kubokunda və onun 10 mərhələsində, o cümlədən FIG-nin konqres və simpoziumlarında, FIG Akademiyasının məşqçilik kurslarında, gimnastradada və s. iştirak və s. amillərə görə təqdim edilir.

Xəbər 812 dəfə oxundu.