"Neftçi" 1/4 final mərhələsində ilk oyununu keçirib
“Neftçi” PFK Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunu çərçivəsində “Xəzər Lənkəran” klubu ilə qarşılaşıb. “Xəzər Lənkəran” mərkəzi stadionunda keçirilmiş görüş komandamızın 2:3 hesablı məğlubiyyəti ilə nəticələnib. “Neftçi”nin heyətində Ruslan Qurbanov (22-ci dəqiqə) və Fəhmin Muradbəyli (39-cu dəqiqədə) fərqləniblər.

“Neftçi”nin heyəti: 1.Aqil Məmmədov, 26.Kamal Qurbanov, 95.Elvin Bədəlov, 3.Jairo, 6.Aylton, 5.Melli (17.Rəhman Hacıyev, 76), 15.Erik Ramos, 19.Fəhmin Muradbəyli, 7.Araz Abdullayev (k) (8.Elşən Abdullayev, 58), 10.Cavid İmamverdiyev (20.Anyete, 57), 11.Ruslan Qurbanov.

Qeyd edək ki, bu komandalar arasında cavab matçı martın 9-da “Bakcell Arena”da keçiriləcək.

Xəbər 649 dəfə oxundu.