Azərbaycan yığması 4 pillə irəlilədi
FİFA dünya üzrə yığma komandaların yeni reytinq siyahısını açıqlayıb. Azərbaycan millisi yeni reytinq cədvəlində irəliləyişə nail olub.

Belə ki, Robert Prosineçkinin çalışdırdığı komandamız dörd pillə irəliləyib. Hazırda millimiz 112-ci pillədə qərarlaşıb. Komandamızın hesabında 300 reytinq xalı var.

Azərbaycan yığmasının DÇ-2018-in seçmə mərhələsindəki rəqiblərinə gəlincə, Almaniya 4-cü (1355 xal), Çexiya 25-ci (861), Şimali İrlandiya 28-ci (833), Norveç 51-ci (594), San-Marino isə 198-cidir (28).

Keçmiş SSRİ ölkələri arasında Azərbaycan Rusiya (23-cü pillə, 892 xal), Ukrayna (27, 845), Belarus (64, 517), Özbəkistan (74, 484), Estoniya (88, 376), Latviya (98, 341), Qırğızıstandan (105, 324) geri qalır. Əvəzində ölkəmiz Ermənistan (116, 296), Gürcüstan (122, 283), Qazaxıstan (125, 276), Litva (128, 274), Tacikistan (150, 193) və Moldovanı (156, 165) qabaqlayır.

İlk onluq isə belədir: Belçika (1506), Argentina (1457), İspaniya (1374), Almaniya (1355), Çili (1307), Braziliya (1254), Portuqaliya (1234), Kolumbiya (1215), İngiltərə (1112) və Avstriya (1095).

Xəbər 641 dəfə oxundu.