Gimnastika Federasiyası iki il ardıcıl fərqlənən federasiyalar siyahısında
Azərbaycan Gimnastika Federasiyası iki il ardıcıl olaraq, fəaliyyətləri Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən mükafatlara layiq görülən, fərqlənən federasiyaların reytinq siyahısına daxil olur. 2015-ci il üzrə reytinq siyahısı FIG-nin İcraiyyə Komitəsinin 24-25 fevral tarixlərində (İsveçrə) federasiyanın Lozannadakı baş ofisində keçirilən növbəti iclasında müəyyən edilib.

Mükafatlar hər il federasiyaların beynəlxalq fəaliyyəti (Dünya Kubokunda və onun 10 mərhələsində, o cümlədən FIG-nin Konqress və Simpoziumlarında, FIG Akademiyasının məşqçilik kurslarında, Gimnastradada və s. tədbirlərdə iştirak) və yuxarıda göstərilmiş tədbirlərə son qeydiyyat tarixlərinə riayət olunması əsasında təqdim olunur.

Xəbər 719 dəfə oxundu.