ABŞ-ın ölkəmizdəki səfiri İlham Zəkiyevlə görüşdü
ABŞ-ın ölkəmizdəki səfiri Robert Sekuta martın 2-də Sumqayıt Paralimpiya İdman Kompleksində olub. Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov ölkəmizdə paralimpiya hərəkatının bir çox uğura imza atdığını, təkcə Bakını deyil, regionları da əhatə etdiyini vurğulayıb.

Səfir komplekslə yaxından tanış olub, cüdoçuların məşqini izləyib, ikiqat paralimpiya oyunları və 2 qat dünya çempionu, 6 dəfə Avropa çempionu, birinci Avropa Oyunlarının qalibi İlham Zəkiyevlə də görüşüb.

Xəbər 806 dəfə oxundu.