Şamaxı Olimpiya İdman Kompleksi
İstifadəyə verilmə tarixi: 26.04.2005

Ümumi sahəsi 3,5 ha olan Şamaxı Olimpiya İdman Kompleksinin əsas binasında 1 idman (ölçüləri 50x30x9 m, tamaşaçı tutumu 725 nəfər) və 2 trenajor zalları fəaliyyət göstərir. Bunlardan əlavə Kompleksin əsas binasında 2 qarderob, 2 soyunub-geyinmə (duş kabinələri), 2 ehtiyat komanda, 2 məşqçi-müəllim, 1 həkim, 1 hakim, direkor, inzibati işçilər üçün nəzərdə tutulan və 2 köməkçi otaqlar, 3 anbar yerləşir.

Kompleksdə açıq tipli futbol, basketbol (28x18m, tamaşaçı tutumu 180 nəfər), voleybol (24x11m, tamaşaçı tutumu 192 nəfər) meydançaları, tennis kortu, qaçış zolağı, qum meydançası (6x4), üzgüçülük hovuzu (25x12,5m, tamaşaçı tutumu 144 nəfər) fəaliyyət göstərir. Kompleksin ərazisində 15 birmərtəbəli kotec (12 bir otaqlı, 3 iki otaqlı) və yeməkxana yerləşir. Kompleksin 2 duşxanası, su və yanacaq anbarları, qazanxana və camaşırxana mövcuddur.

Kompleksdə 5 idman növü üzrə qruplar fəaliyyət göstərir: üzgüçülük, ağır atletika, sərbəst güləş, futbol, taekvondo. Bu bölmələrdə 5 məşqçi–müəllim müqavilə əsasında çalışır. Kompleksin 11 ştat vahidi var.

Ünvan: AZ-5600, Bakı-Şamaxı yolu, 120-ci km.
Telefon: 020-265-65-20, 020-265-65-21

Xəbər 8440 dəfə oxundu.