U-17 bu gün yoldaşlıq oyunu keçirəcək
Bu gün Bakı Olimpya Stadionunda 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması növbəti yoldaşlıq oyunu keçirəcək.

Yığmamız saat 16:00-da Ukraynanın müvafiq yaş qrupuna aid komandası ilə qarşılaşacaq. CBC Sport televiziya kanalı vasitəsilə canlı yayımlanacaq oyunu Əliyar Ağayev, Mübariz Haşımov, Zeynal Zeynalov və Elvin Əsgərovdan ibarət hakimlər briqadası idarə edəcək.

Xəbər 682 dəfə oxundu.