Super Liqada prinsipal görüşdə “Bakı” qalib ayrıldı
Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasında yaranmış fasilə bitib. İdman.com.az saytının məlumatına görə,
“Sərhədçi” Olimpiya-İdman Mərkəzində təşkil edilmiş görüşlərdə
3 matç baş tutub. Son Azərbaycan çempionu “Rabitə”nin istirahət etdiyi oyun günündə lider müvəqqəti dəyişib. Çempionun yoxluğundan yararlanan “Bakı” növbəti qələbə sayəsində yenidən zirvəyə yüksəlib.

Tura “Azəryoloservis” – “İqtisadçı” matçı ilə start verilib. Oyunun favoriti olan universitet komandası debütantdan da sürpriz gözləyənlərə sevinmək imkanı verməyib. Yeni baş məşqçi Bülənd Qarslıoğlu da debütünü 2 xalla başa vurub. Bu qələbədə yeni transfer – argentinalı Georgina Pinedonun da əməyi böyük olub.

Bu oyunun ardınca turun mərkəzi matçı “Bakı” ilə “Lokomotiv” arasında baş tutub. Paytaxtın eyni adlı təmsilçisi oyunun taleyini 4 setdə həll edərək, yenidən ilk pilləyə qalxıb. Lakin onlar çempiondan 2 oyun çox keçiriblər.

II dövrənin ilk turunda “Bakı” məğlub olmamaqla, “Azərreyl”in liderlik arzusunu gözündə qoyub. Sonuncular “Lokomotiv Biləcəri”yə qalib gəlməklə yalnız “Rabitə”ni arxada qoyub ki, bu da 1 oyun artıq keçirməyin sayəsində gerçəkləşib.

12 fevral
VIII tur

15:00. “Azəryoloservis” – “İqtisadçı” – 1:3 (13:25, 20:25, 27:25, 17:25)
Hakimlər: Ceyhun İsmayılov, Zaur Hacıyev
İlk oyun: “İqtisadçı” - “Azəryolservis” - 3:1 (17:25, 25:21, 25:13, 28:26)


17:00. “Bakı” – “Lokomotiv” - 3:1 (20:25, 25:20, 27:25, 25:14)
Hakimlər: Eldar Zülfüqarov, Konstantin Selin
İlk oyun: “Lokomotiv” - “Bakı” - 0:3 (19:25, 21:25, 23:25)


19:00. “Lokomotiv Biləcəri” – “Azərreyl” - 0:3 (15:25, 14:25, 19:25)
Hakimlər: Vüqar Cəfərov, Murad Abdurəhmanzadə
İlk oyun: “Azərreyl” - “Lokomotiv Biləcəri” - 3:0 (26:24, 25:13, 25:22)


O Q M S T X

1.«Bakı» 7 5 2 16-7 539:471 12
2.«Azərreyl» 6 5 1 15-7 506:441 11
3.«Rabitə»5 5 0 15-1 392:271 10
4.«Lokomotiv» 6 3 3 12-9 383:433 9
5. «İqtisadçı» 6 3 3 10-11 480:467 9
6.«Azəryolservis» 7 1 6 6-18 461:569 8
7.«Lokomotiv Biləcəri» 7 0 7 0-21 331:526 7

Xəbər 931 dəfə oxundu.