Robert Prosineçki: Bakı yeni Dubay kimidir
Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki paytaxt Bakı barəsində danışıb. Xorvatiyalı mütəxəssis ölkəsinin mətbuatına açıqlamasında bunları söyləyib:

"Bakı yeni Dubay kimidir. Burada daim yeni nəsə tikilir. Bakıya gələndə istər-istəməz dünyanın ən gözəl şəhərlərindən birinə gəldiyinizi düşünməyə başlayırsınız. Bu, doğrudan da belədir. Bakı hər şəraitə, yaxşı restoranlara, yaxşı məktəblərə, gözəl görüntüyə malik əsl Avropa şəhəridir. Ailəm də yeni evimizdən razıdır. Düzdür, həyat yoldaşıma bir qədər çətindir. Çünki o, daha çox evdə qalır. Amma qalan vaxtlarda özünü yaxşı hiss edir. Bəzi dostlarımız da var. Hər şey qaydasındadır. Azərbaycan maraqlı ölkədir. Bakıda da görməli çox şey var".

Xəbər 713 dəfə oxundu.