“Formula-1” Avropa Qran-prisi ilə əlaqədar Bakıdakı bir neçə otellə memorandum imzalanıb
“Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti (BŞH) martın 2-də “Gilan Mehmanxanalar Qrupu”, “Bakı Bulvar” və “Şah Palas” otelləri ilə qarşılıqlı əməkdaşlıq imkanlarının inkişafına dair memorandum imzalayıb.

“Şah Palas” otelində keçirilən mərasimdə “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin kommersiya şöbəsinin rəhbəri Bülənt Özərdim, “Gilan Mehmanxanalar Qrupu”nun direktoru Elgün Məmmədov, “Bakı Bulvar” otelinin baş meneceri Valentin Osolos və “Şah Palas” otelinin baş meneceri Davut Furkan Emen iştirak ediblər.

İmzalanma mərasimində tərəflər bu il Bakıda ilk dəfə keçiriləcək “Formula-1” Avropa Qran-prisi çərçivəsində qarşılıqlı əməkdaşlıq imkanlarının inkişaf etdirilməsi istiqamətində birgə fəaliyyət göstərmək haqqında razılıqlarını ifadə ediblər.

Xəbər 615 dəfə oxundu.