Dövlət Gömrük Komitəsinin İdman Sağlamlıq Mərkəzində Xocalı soyqırımıilə bağlı anım mərasimi
Dövlət Gömrük Komitəsinin İdman Sağlamlıq Mərkəzində Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

Mərasimdə Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutlaanılıb, faciəni əks etdirən videoçarx nümayiş etdirilib.

İdman Sağlamlıq Mərkəzinin baş direktoru Xəzər İsayev son iki əsrdə erməni millətçilərinin torpaqlarımız hesabına mifik “böyük Ermənistan” yaratmaq ideyasınıhəyata keçirmək məqsədilə xalqımıza qarşı terror, kütləvi qırğın, deportasiya və etnik təmizləmə kimi bəşəri cinayətlər törətdiyini qeyd etdi. Xocalı soyqırımının isə 200 ilə yaxın bir müddətdə erməni millətçilərinin və onların havadarlarının xalqımıza qarşı apardığı etnik təmizləmə və soyqırımı siyasətinin ən qanlı səhifəsi olduğunu bildirdi.

Xocalı faciəsinin başvermə səbəblərindən, Ermənistanın əsrlər boyu yürütdüyü işğalçılıq siyasətindən bəhs edən Xəzər İsayev 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının köməyi ilə Xocalıda törətdiyi qətliam nəticəsində 106 qadın, 63 uşaq, 70 qoca daxil olmaqla 613 nəfər dinc sakin vəhşicəsinə qətlə yetirilib, şəhər darmadağın edilərək talanıb, dinc əhaliyə amansızlıqla divan tutulub. O ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı aktlarının hələ XX əsrin əvvəllərindən başlandığını, 1905-1907-ci illərdə Azərbaycan ərazilərində onlarla genişmiqyaslı qanlı əməliyyatların həyata keçirilərək, yüzlərlə yaşayış məntəqəsinin yerlə-yeksan edildiyini, minlərlə azərbaycanlının vəhşicəsinə qətlə yetirildiyini tədbir iştirakçılarının diqqətinə çatdırdı. “Ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı sonrakı dövrlərdə də davam etdirilib. Tarixi Azərbaycan torpaqlarında Ermənistan dövləti yaradıldıqdan sonra isə bu soyqırımı siyasəti Ermənistan dövləti səviyyəsində davam etdirilib. XX əsrin ən qanlı hadisələrindən biri kimi tarixdə qalan Xocalı soyqırımına əsl siyasi qiymət ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra verilib. Məhz Ulu Öndərin uzaqgörən siyasəti və Prezident İlham Əliyevin qətiyyəti, gərgin əməyi sayəsində Xocalı həqiqətləri dünya ictimaiyyətinə çatdırılıb”, - deyə X. İsayev əlavə edib.

Mərasimdə tanınmış idmançılar, xocalı hadisələrinin şahidləri öz təəssüratlarını bölüşüblər. Tədbirdə o da qeyd olunub ki, xalqımız Xocalı faciəsini heç vaxt unutmayacaq və hadisəni törədənlər gec-tez layiqli cəzalarını alacaqlar.

Leyla QURBANOVA



Xəbər 710 dəfə oxundu.