Azərbaycan cüdoçuları Peru və Argentinada yarışacaqlar
Perunun paytaxtı Limada cüdo üzrə Panamerikanın açıq çempionatı keçiriləcək. Martın 5-də start götürəcək və iki gün davam edəcək yarışda Azərbaycan millisi də iştirak edəcək.

56 ölkədən 279 (166 kişi, 113 qadın) cüdoçunun qatılacağı yarışda millimiz 7 idmançı ilə təmsil olunacaq. Cənubi Amerikada ölkəmizin şərəfini Vüqar Şirinli, Elbrus Zamanov (hər ikisi 60 kq), Əbdülhəqq Rəsullu, Hüseyn Rəhimli (hər ikisi 81 kq), Tural Səfquliyev, Şahin Qəhrəmanov (hər ikisi 90 kq) və Aişə Qurbanlı (48 kq) qoruyacaq.

Peruda çıxışını başa vurduqdan sonra yığmamız eyni heyətlə Argentinaya yollanacaq. Cüdoçularımız bu ölkənin paytaxtı Buenos-Ayresdə cüdo üzrə növbəti Panamerikanın açıq çempionatında qüvvəsini sınayacaq. Bu yarışda isə 60 ölkədən 288 (172 kişi, 116 qadın) cüdoçu iştirak edəcək.

Xəbər 716 dəfə oxundu.