U-17 komandası böyük hesablı qələbə ilə zirvədə möhkəmləndi
“Neftçi” PFK-nın U-17 komandası AFFA-nın təşkil etdiyi Bakcell U-17 liqasında növbəti qələbəsini qazanıb. Baş məşqçi Elşad Əhmədovun yetirmələri XIX turda “İnter” klubunu 3:0 hesabı ilə məğlub ediblər. “Dalğa Arena”nın ehtiyat meydançasında baş tutmuş görüşdə İbrahim Əliyev “dubl”a imza atıb. Digər qolu isə Bəşir Aylarov vurub.
Qeyd edək ki, U-17 komandamız hazırda 47 xalla turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb.

Xəbər 707 dəfə oxundu.