Azərbaycanın U-17 komandası Ukrayna millisi ilə yoxlama görüşünə çıxacaq
Avropa çempionatının Bakıda keçiriləcək final mərhələsinə hazırlaşan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti yoxlama oyununu keçirəcək.

Komandamız Bakıda təlim-məşq toplanışında olan Ukrayna yığması ilə üz-üzə gələcək. Qarşılaşma Bakı Olimpiya Stadionunda saat 16:00-da başlayacaq.

İki gündən sonra Ukrayna ilə yenidən üz-üzə gələcək Təbriz Həsənovun yetirmələri ötən ay Rusiya ilə iki yoxlama matçı keçirmişdi. Bakı Olimpiya Stadionundakı qarşılaşmalardan birincisində 1:5 hesabı ilə uduzan millimiz ikinci matçda qalib gəlmişdi – 1:0.

Xəbər 681 dəfə oxundu.