Cüdoçularımız açıq Panamerika çempionatında qüvvələrini sınayacaqlar
Martın 5-də Perunun paytaxtı Limada cüdo üzrə açıq Panamerika çempionatı start götürəcək.

İki gün davam edəcək yarışda Azərbaycan yığması da çıxış edəcək.

Komandamızın baş məşqçisi Peter Zayzenbaher Cənubi Amerikada yeddi idmançını sınaqdan keçirməyə qərar verib. O, Limada Vüqar Şirinli, Elbrus Zamanov (hər ikisi 60 kq), Əbdülhəqq Rəsullu, Hüseyn Rəhimli (hər ikisi 81 kq), Tural Səfquliyev, Şahin Qəhrəmanov (hər ikisi 90 kq) və Aişə Qurbanlıya (48 kq) şans verəcək.

Qeyd edək ki, yarışa 56 ölkədən 279 (166 kişi, 113 qadın) cüdoçu qatılacaq.

Xəbər 736 dəfə oxundu.