Çempionatın son günü karateçilərimiz 3 medal qazandılar
Fevralın 12-də Bakıda yeniyetmələr və gənclər arasında karate üzrə 39-cu Avropa çempionatına yekun vurulub.
Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçirilən çempionatın sonuncu günü gənclər arasında kumite yarışlarında 60 kiloqram çəki dərəcəsində mübarizə aparan İlahə Qasımova bürünc medala sahib olub.
Digər karateçilərimiz Ayxan Mamayev (76 kq) və Asiman Qurbanlı (76 kq-dan yuxarı) isə fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Xəbər 1173 dəfə oxundu.