Şahmat festivalının bütün iştirakçıları artıq məlumdur
Sabah Moskvada, “Kosmos” mehmanxanasında “Aeroflot Open 2016” beynəlxalq şahmat festivalı start götürür.

Əsas “A” turnirində 83 iştirakçıdan 69-u qrossmeysterdir. Azərbaycan təmsilçisi Eltac Səfərli də bu qrupda gücünü sınayacaq.

“C” turnirində 57 şahmatçı yarışacaq. “B” turnirində 85 idmançı arasında Azərbaycanın şərəfini FİDE ustası Aydan Höcətova qoruyacaq.

Turnirlər İsveçrə sistemi ilə 8 turda keçiriləcək.

Əsas turnirin qalibi bu ilin iyun-iyul aylarında Dortmundda baş tutacaq superturnirə vəsiqə qazanacaq.

Martın 10-da “Aeroflot” Kuboku uğrunda blits-turnir keçiriləcək.

Yarışların ümumi mükafat fondu 140 min avrodur.

Xəbər 639 dəfə oxundu.