Paralimpiyaçı üzgüçülərimiz Qran-pri yarışlarında iki medal qazanıblar
Hollandiyanın Haaqa şəhərində paralimpiyaçılar arasında üzgüçülük üzrə Qran-pri yarışları davam edir.

Azərbaycan Milli Paralimpiya Komitəsinin komandası turnirdə ilk medallarını qazanıb. Paralimpiyaçımız Dmitriy Saley 50 metr məsafəyə sərbəst üsülla üzmə (krol) yarışlarında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Roman Saley isə turnirin gümüş medalına sahib olub.

Turnirə fevralın 29-da yekun vurulacaq.

Xəbər 816 dəfə oxundu.