Bu gün Dünya İntellektual Oyunlarında rapid turnirinin qalibi müəyyən olunacaq
Çinin Xuayan şəhərində Dünya İntellektual Oyunları keçirilir. Oyunlarda Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Rauf Məmmədov iştirak edirlər.

Rapid oyununun dörd turundan sonra 2,5 xal toplayan Şəhriyar Məmmədyarov beşinci yerdədir. Azərbaycan qrossmeysteri fransalı Loran Fressineyə və yerli şahmatçı Van Yueyə qalib gəlib, ukraynalı Ruslan Ponomaryovla heç-heçə oynayıb, rusiyalı Yevgeni Tomaşevskiyə uduzub.

Azərbaycanın ikinci nümayəndəsi Rauf Məmmədovun aktivində iki xal var. O, ilk partiyada Van Yueyə qalib gəlib, Li Cao (Çin) və Yevgeni Tomaşevski ilə heç-heçə oynayıb , Ruslan Ponomaryova məğlub olub.

Turnirdə 3 xal toplayan kubalı qrossmeyster Lenyer Dominges liderlik edir.

İsveçrə sistemi ilə keçirilən rapid turniri 7 turdan ibarətdir.

Xəbər 625 dəfə oxundu.