Azərbaycan şahmatçıları “Aeroflot”un beynəlxalq turnirində iştirak edəcək
Fevralın 29-dan martın 11-dək Moskvanın “Kosmos” mehmanxanasında Azərbaycan şahmatçılarının da iştirak edəcəyi ənənəvi beynəlxalq festival keçiriləcək.

“Aeroflot-open”-2016 festivalı çərçivəsində, əvvəllər olduğu kimi, klassik şahmat üzrə yarışlar üç qrupda aparılacaq.

Əsas turnirin qalibi bu ilin iyun-iyul aylarında Dortmundda keçiriləcək superturnirdə iştirak etmək hüququ qazanacaq.

Turnirdə Azərbaycanı Eltac Səfərli və Aydan Höcətova təmsil edəcəklər.

Martın 10-da “Aeroflot” Kuboku uğrunda blits-turnir keçiriləcək.

Yarışların ümumi mükafat fondu 140 min avrodur.

Xəbər 643 dəfə oxundu.