“Azəryol” voleybol klubu ilk oyununu səfərdə keçirəcək | |
Bakının qadınlardan ibarət “Azəryol” klubunun Avropa Voleybol Konfederasiyası (CEV) kuboku yarışlarının yarımfinal mərhələsindəki oyunlarının vaxtı müəyyənləşib. Rusiyanın “Dinamo” (Krasnodar) komandası ilə üz-üzə gələcək “Azəryol” ilk oyununu səfərdə keçirəcək. Martın 10-da təşkil olunacaq görüşü rumıniyalı baş hakim Silvian Lunqu və sloveniyalı Lyubomir Qlobaçnik idarə edəcək. Komandalar arasında cavab oyunu martın 12-də Azərbaycan Voleybol Mərkəzində keçiriləcək. Görüş sloveniyalı David Qril və Çexiya təmsilçisi Zdenik Qrabovskiyə həvalə olunub. |
|
Xəbər 682 dəfə oxundu. |
|
|