Şəhriyar Məmmədyarov Dünya İntellektual Oyunlarının liderlərindən yarım xal geri qalır
Bu gün Çinin Xuanşan şəhərində Dünya İntellektual Oyunları start götürüb. İntellektual Oyunlar idmanın şahmat, dama, qo və bric növləri üzrə kompleks yarışdır. Hər növü dünyanın hər yerindən güclü oyunçular təmsil edir.

İntellektualların ilk yarışları 2008-ci ildə Pekində keçirilib. O vaxtdan İntelliadalar getdikcə populyarlıq qazanır. Bu yaxınlarda Beynəlxalq İntellektual İdman Növləri Assosiasiyası bu oyunları Olimpiada paytaxtlarında, idman yarışları başa çatandan bir az sonra keçirmək təklifi ilə çıxış edib.

Hələlik isə növbəti yarışlar Çində keçirilir.

Şahmat turniri 3 növdə: rapid, blits və bask (idmançılar eyni vaxtda iki taxtada müxtəlif rəngli fiqurlarla mübarizə aparırlar) üzrə keçirilir.

Azərbaycanı bu turnirdə 2 beynəlxalq qrossmeyster - Şəhriyar Məmmədyarov və Rauf Məmmədov təmsil edirlər.

Bu gün rapid turnirinə start verilib. Dünya İntellektual Oyunlarında dörd turdan sonra iştirakçıların turnir cədvəlindəki vəziyyəti belədir: Van Xao, Lenyer Dominges, Ruslan Ponomaryov -hərəyə 3 xal, Radoslav Voytaşek, Din Lijen, Şəhriyar Məmmədyarov - hərəyə 2,5 xal, Li Çao, Rauf Məmmədov, Qabriel Sarkisyan, Yevgeni Tomaşevski, Pentala Harikrişna - hərəyə 2 xal, Van Yue, Sergey Movsesyan - hərəyə 1,5 xal, Vasili İvançuk, David Navara - hərəyə 1 xal, Loran Fressine – 0,5 xal.

Sabah rapid yarışlarının son üç turu keçiriləcək.

Xəbər 794 dəfə oxundu.