Stolüstü tennisçilərimiz dünya çempionatında mübarizə aparacaq
Fevralın 28-dən martın 6-dək Malayziyanın paytaxtı Kuala-Lumpurda stolüstü tennis üzrə dünya çempionatı keçiriləcək.

Yarışda 91 kişi və 81 qadın komandasının iştirakı nəzərdə tutulur.

Azərbaycanı çempionatda məşqçi Mixail Timofeyevin rəhbərliyi altında Məryəm İmanova, Deng Simeng və Zhou Chuyi təmsil edəcək. Qadınlardan ibarət komandamız III divizionda Argentina, Qvatemala, Qazaxıstan, Latviya və Monqolustan komandaları ilə mübarizə aparacaq.

Xəbər 675 dəfə oxundu.