U-16 komandasından ardıcıl 6-cı qələbə
AFFA-nın təşkil etdiyi U-16 liqasında XXI turun oyunları keçirilib. “Neftçi” PFK-nın U-16 komandası “Fortuna Səbail” klubunu qəbul edib. Görüş 16 yaşlılarımızın 2:1 hesablı qələbəsi ilə nəticələnib. Komandamızın heyətində Məhəmməd Məmmədov və Fariz Qasımov fərqləniblər.

Qeyd edək ki, ardıcıl 6-cı oyunda qələbə qazanan “Neftçi” 41 xalla liderlər qrupunda qərarlaşıb.

Xəbər 675 dəfə oxundu.