Kəpəz Bakı hazırlığını başa vurdu
Topaz Premyer Liqasının 23-cü turunda fevralın 27-də Gəncədə “Sumqayıt”ı qəbul edəcək “Kəpəz” qarşıdakı oyunla bağlı Bakı hazırlığını yekunlaşdırıb. Paytaxtda ötən gün sonuncu məşqini keçirən komanda bu gün Nizami yurduna yollanacaq.

“Sarı-göylər”in “Sumqayıt” görüşü öncəsi sonuncu hazırlığı matçın keçiriləcəyi şəhər stadionunda olacaq. Məşq saat 16:00-a təyin olunub. Hazırlıq prosesi mətbuat və azarkeşlər üçün açıq olacaq.

Qeyd edək ki, “Kəpəz”in Bakı hazırlığı itkilərlə keçib. Belə ki, Orxan Əliyev, Xəzər Qəribov, Budaq Nəsirov, Junior Osvaldo zədə, Tərlan Quliyev isə qripə yoluxduğundan məşqləri buraxmaq məcburiyyətində qalıb. Adı çəkilən ilk iki futbolçunun qarşıdakı ev oyununda meydana çıxmayacağı dəqiqdir. Quliyev isə tam sağalıb və səhhətində heç bir problem yoxdur. Nəsirovla Osvaldo Gəncəyə gəlsə də, onların oynayıb-oynamayacağı matç günü bilinəcək. Tibbi personal hər iki yarımmüdafiəçini hazır vəziyyətə gətirmək üçün səylərini davam etdirir.

Xəbər 647 dəfə oxundu.