Millimiz ruslardan qisasını tək qolla aldı
Bu gün Bakı Olimpiya Stadionunda 17 yaşadək futbolçulardan ibarət Azərbaycan və Rusiya yığmaları arasında yoxlama oyunu keçirilib. Oyundan əvvəl Xocalı soyqırımı qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad olunub.

Qarşılaşma 1:0 hesabı ilə Azərbaycan yığmasının xeyrinə başa çatıb. Oyunda yeganə qolu Metin Gülər vurub.

Qeyd edək ki, bu komandalar arasında fevralın 23-də keçirilmiş oyun Rusiya yığmasının 5:1 hesablı qələbəsi ilə yekunlaşmışdı.

Xəbər 666 dəfə oxundu.