Azərbaycan taekvondoçusu Fəridə Əzizova beynəlxalq turnirin qalibi olub
Cari ilin yanvarında “Rio-2016” Yay Olimpiya Oyunlarına lisenziya əldə edən Azərbaycan taekvondoçusu Fəridə Əzizova daha bir yarışın qalibi olub.

Azərbaycan milli komandasının üzvü fevralın 23-25-də Birləşmiş Ərəb Əmirliklərinin Fuceyra Əmirliyində təşkil edilmiş “G2” kateqoriyalı “Fuceyra Open-2016” beynəlxalq turnirində 67 kiloqram çəki dərəcəsində qızıl medal qazanıb.

Xəbər 689 dəfə oxundu.