Bakıda Beynəlxalq şahmat turnirindən 50-dən çox şahmatçı mübarizə aparacaq
Aprelin 10-16-da Bakıda uşaqlar arasında 14-cü Beynəlxalq şahmat turniri keçiriləcək. Yarışlarda yeddi ölkədən – Azərbaycan, Gürcüstan, Hindistan, İran, Rusiya, Fransa və Özbəkistandan 50-dən çox şahmatçı iştirak edəcək.

Azərbaycanın Əməkdar Məşqçisi, turnirin direktoru Gennadi Gelman bildirib ki, İsveçrə sistemi ilə keçiriləcək yarışlar yeddi turdan ibarət olacaq.

Turnir Fransanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə “Gənclik” klubu tərəfindən keçiriləcək.

Azərbaycanda Frankofoniya həftəsi çərçivəsində keçiriləcək yarışın qalibi Fransaya səfər ilə mükafatlandırılacaq.

AZƏRTAC

Xəbər 628 dəfə oxundu.