Avropa kuboku yarışlarında Azərbaycanı on bir cüdoçu təmsil edəcək
Fevralın 27-28-də Praqada cüdo üzrə Avropa kuboku yarışları keçiriləcək.

Yarışda 59 ölkədən 315 idmançı qalib adı uğrunda mübarizə aparacaq. Cüdo üzrə Azərbaycan milli komandası mötəbər turnirində on bir idmançı ilə təmsil olunacaq.

Avropa kubokunda ölkəmizin idman şərəfini Mehman Sadıqov, Davud Məmmədsoy, Sadiq Məhərrəmov (hər üçü 60 kq), İlkin Babazadə, Rəşad Rufullayev, Turan Seyidov (hər üçü 66 kq), Afiq Səfərli, Ziya Namazov (hər ikisi 81 kq), Məmmədli Mehdiyev, Ramin Qurbanov (hər ikisi 90 kq) və Uşanqi Kokauri (100 kq-dan yuxarı) qoruyacaq.

Xəbər 789 dəfə oxundu.