Bakının “Azəryol” klubunun voleybolçuları Vətənə qayıdıblar
Qadın voleybol komandaları arasında Avropa Voleybol Konfederasiyası (CEV) kuboku yarışlarının yarımfinal mərhələsinə yüksələn “Azəryol” klubunun üzvləri fevralın 25-də Vətənə qayıdıblar. İtaliyada yerli “Novara” klubundan üstün olan “Azəryol” növbəti mərhələdə Rusiyanın “Dinamo” (Krasnodar) komandası ilə üz-üzə gələcək.

İdmançıları Heydər Əliyev Beynəlxalq Aeroportunda azarkeşlər, media nümayəndələri və Azərbaycan Voleybol Federasiyasının əməkdaşları qarşılayıblar.

Turnirdə mübarizəyə onaltıdabir final mərhələsindən qoşulan “Azəryol” Rumıniyanın “Tarqoviste”, Finlandiyanın “Salo” və Polşanın “Muşina” klublarını yarışdan kənarlaşdırıb.

Xəbər 719 dəfə oxundu.