Yeniyetmə güləşçilərimiz “Yadigar İmam Kuboku” uğrunda beynəlxalq turnirdə yarışacaqlar
Martın 3-dən 4-dək Tehranda yeniyetmələr arasında güləş üzrə “Yadigar İmam Kuboku” uğrunda beynəlxalq turnir keçiriləcək.

Turnirdə yeniyetmələrdən ibarət sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan yığma komandalarının üzvləri iştirak edəcəklər. Turnirdən əvvəl yığma komandalarımız iranlı həmkarları ilə 10 günlük təlim-məşq toplanışına qatılacaqlar. Artıq hər iki yığma komandanın üzvləri Tehrana yola düşüb.

Böyük məşqçi Bəhram Mürvətovun rəhbərliyi altında yunan-Roma güləşi yığmasının heyətində Azər Muxtarov (42 kq), Fail İsgəndərov (46 kq), Zaur Nuriyev, Fazil Mirzəyev (hər ikisi 50 kq), Həsən Məmmədli (54 kq), Ədil Sadıqzadə (58 kq), Ramin Cəfərov (63 kq), Ülvi Qənizadə (69 kq), Nəsir Həsənov (76 kq), Tehran Əminzadə (85 kq) və Camal Feyziyev (100 kq) yer alıb.

Sərbəst güləşçilər isə böyük məşqçi Arif Abdullayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında təlim-məşq toplanışı və turnirdə iştirak edəcəklər. Tehranda xalça üzərinə Mahir Məmmədov (42 kq), Əsgər Məmmədəliyev (46 kq), Əşrəf Aşurov (50 kq), Turan Bayramov (54 kq), Vahid Əlizadə (58 kq), Almazbek Süleymanov, Hüseyn Hüseynzadə (hər ikisi 63 kq), Nəsib Osmanov (69 kq), Rəşad Yusifli (76 kq), Əhliman Quliyev (85 kq), Əli Əminzadə və Asxab Həmzəyev (hər ikisi 100 kq) çıxacaqlar.

Xəbər 884 dəfə oxundu.