Azərbaycanlı döyüşçü “Cənub Cəhbəsi”nin rinqinə çıxacaq
Martın 3-də Krasnodarda qarışıq təkbətək döyüşlər üzrə Tech-KREP FC: “Cənub Cəhbəsi-3” beynəlxalq turniri keçiriləcək.

Bu yarışlarda əsas hadisə azərbaycanlı idmançı, döyüş sambosu üzrə Avropa mükafatçısı, MMA üzrə ikiqat dünya çempionu Elnar İbrahimov və MMA üzrə Dünya Kuboku yarışlarının mükafatçısı, Qran-pri “PRME Selection”un qalibi, krasnodarlı Qoqa Şamatava arasında super döyüş olacaq.

Turnirin promouteri Aleksey Yatsenkonun sözlərinə görə, mübarizənin gərgin keçəcəyi şübhəsizdir, çünki gücünə görə hər iki rəqib bir-birindən geri qalmır. İdmançıların hər biri çeşidli texnikaya sahibdir, bu da sözsüz ki, qarşıdurmanı daha baxımlı edəcək.

İkinci əsas qarşılaşma döyüş sambosu üzrə ikiqat dünya və Avropa çempionu Yaroslav Amosovla rusiyalı Həsənbəy Abdullayev arasında olacaq.

Turnir çərçivəsində MDB ölkələrinin ən yaxşı döyüşçülərinin iştirakı ilə 11 döyüş keçiriləcək.

Xatırladaq ki, Elnar İbrahimov “Azərbaycan fayt klab” məktəbinin yetirməsidir.

Xəbər 567 dəfə oxundu.