Gənc triatlonçularımız məşqlərə İspaniyada davam edəcək
Azərbaycan Triatlon Federasiyasında bu idman strukturunun rəhbərliyi ölkənin gənclərdən ibarət yığma komandasının üzvləri ilə görüşüb.

Bu yaxınlarda gənclərdən ibarət yığma komanda baş məşqçi Lev Medvedevin rəhbərliyi ilə İspaniyaya təlim-məşq toplanışına yollanacaq. Nurlan Əliyev, Zaur Arkaniya və Darina Moskalenkodan ibarət kollektiv Valensiya şəhərindən 70 kilometr aralıdakı Qandiya qəsəbəsində hazırlıq keçəcək.

Qarşıda triatlonçuları Ukraynada sınaq yarışı gözləyir, birinci yarımilliyin əsas turniri isə may ayında Lissabonda keçiriləcək Avropa çempionatıdır.

Xəbər 726 dəfə oxundu.