Qəbələ U-14 Elit Kubokunun qalibi oldu
U-14 Elit Kuboku turnirinə yekun vurulub. Bir il əvvəl olduğu kimi turnirin final oyununda “Qəbələ” ilə “İnter” üz-üzə gəlib. Həlledici matça qədər keçirdiyi bütün oyunlarda qalib gələn “qırmızı-qaralar” bu dəfə də rəqibindən güclü olub. Bayıl stadionundakı oyunda 3:1 hesabı ilə qalib gələn bölgə təmsilçisi ardıcıl ikinci dəfə kubokun sahibi olub.

Xəbər 850 dəfə oxundu.