Qəbələ - Xəzər Lənkəran matçının vaxtı dəyişdirildi
Topaz Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin 23-cü turunun “Qəbələ” - “Xəzər Lənkəran” oyununun vaxtı dəyişdirilib. Sözügedən matç fevralın 25-də deyil, fevralın 27-də baş tutacaq.

Buna səbəb “Xəzər Lənkəran”ın əvəzedici heyətinin üzvlərinin həm də U-19 liqasında oynamasıdır.

Xəbər 806 dəfə oxundu.