Stolüstü tennisçilərimiz Fransada keçirilən açıq Premium turnirində gümüş medal qazanıblar
Fransanın Metz şəhərində yeniyetmə və azyaşlılar arasında Beynəlxalq Stolüstü Tennis Federasiyasının açıq Premium turniri başa çatıb.

Azərbaycan Stolüstü Tennis Federasiyasından AZƏRTAC-a bildiriblər ki, 29 ölkədən 239 idmançının iştirak etdiyi turnir şəxsi və komanda formatında keçirilib.

Yarışda ən güclü 8 komanda siyahısına daxil olan qızlardan ibarət komandamız 1/4 finaladək yüksələrək Fransa komandasına məğlub olublar.

Yeniyetmə oğlanlardan ibarət komandamız isə yarımfinalda Yaponiya komandasına qalib gələrək finala vəsiqə əldə ediblər. Komandamız finalda məğlub olaraq gümüş medalla kifayətlənib.

Xəbər 722 dəfə oxundu.