“Zirə” Lənkəranda yerli “Xəzər Lənkəran”ın qonağı oldu
Topaz Premyer Liqasının 22-ci turunda “Zirə” Lənkəranda yerli “Xəzər Lənkəran”ın qonağı oldu. Səfərdə də komandamızı dəstəkləyən azarkeşlərimiz erkən qol sevinci yaşadilar. 16-cı dəqiqədə Tatonun yerinə yetirdiyi cərimə zərbəsindən sonra Yovan Krneta başla dəqiq oynadı. Təəssüf ki, oyunun 45-ci dəqiqəsində Yovan zədələnərək meydanı tərk etdi və yerini Sadiq Quliyevə verdi. Fasilədən sonra yerli komanda təzyiqi artırdı. Bir neçə epizodda Anar Nəzirov rəqibin fərqlənməsinə imkan vermədi. “Qartallar”ın isə əks-hücumları təhlükəli alınırdı. 76-cı dəqiqdə belə hücumların birini Nelson Bonilla qolla tamamladı. Bu Nelsonun Premyer Liqada vurduğu 7-ci qol oldu. Oyun komandamızın 2:0 hesablı qələbəsi ilə başa çatdı. Bununla da “Zirə” qış fasiləsindən sonra keçirdiyi 4-cü oyunda da meydanı qalib tərk etdi.

21 fevral

Xəzər Lənkəran - Zirə 0:2
Qol: Yovan Krneta, 16. Nelson Bonilla, 73.
Hakimlər: Ramil Diniyev, Cavanşir Yusifov, Vüqar Bayramov, Elvin Əsgərov
AFFA nüməyəndəsi: Eldar Qasımov
Hakim-inspektor: Kərim Ağayev
Lənkəran. "Xəzər Lənkəran" mərkəzi stadionu, 14:00

Xəzər Lənkəran: 25. Tərlan Qasımzadə, 4. Ruslan Cəfərov (32. Zaman Mirzəzadə, 76), 6. Asif Mirili, 7. Orxan Səfiyaroğlu, 8. Vüqar Bəybalayev (5. Fərid Əsədov, 86), 10. Tural Qürbətov, 12. İlyas Səfərzadə (66. Kənan Həsənov, 72), 15. Nodar Məmmədov, 16. İbrahim Qədirzadə, 17. Vaquf Güləliyev, 18. Tural Cəlilov (k).
Ehtiyat oyunçular: 1. Orxan Sadıqlı, 35. Elfad Baləhmədov, 41. Hüseyn Xəlilzadə, 99. Mahsum Qənbərli.
Baş məşqçi: Elbrus Məmmədov.

Zirə: 1. Anar Nəzirov, 37. Yovan Krneta (39. Sadiq Quliyev, 45), 2. Çimezi Mbah, 14. Tellur Mütəllimov, 13. Aleksandr Şemonayev, 11. Viktor İqbekoyi, 6.Vüqar Mustafayev, 27. Rəşad Abdullayev (k) (17. Nicat Qurbanov, 69), 19. Nurlan Novruzov, 32. Luiz Alberto Diez (10. İqor İvanoviç, 61), 9. Nelson Bonilla.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 90. Vüsal İsgəndərli, 5. Adil Nağıyev, 99. Muxtar Əliyev.
Baş məşqçi: Adil Şükürov.

Adil Şükürov, “Zirə”nin baş məşqçisi: “Əvvəlcə daim yanımızda olan azarkeşlərimizə təşəkkür edirəm. Həm onları, həm də komandamı təbrik edirəm. Sevinirəm ki, burda qələbə qazana bildik. “Xəzər Lənkəran” döyüşkən, yaxşı komandadı. Bu komandaya qarşı oynamaq həmişə çətin olub. Yovan Krneta zədələndiyi üçün onu Sadiq Quliyevlə əvəzlədim. Nicat Qurbanovla İqor İvanoviçi isə sonradan oyuna qoşmaqla cinahlarda sürəti artırıb hesabı artırmağı düşünürdük”.

Xəbər 714 dəfə oxundu.