Azərbaycanda futbolla məşğul olanların sayı 90 minə çatıb
Xəbər verdiyimiz kimi, 2009-cu ilin yanvarından etibarən AFFA tərəfindən futbolla məşğul olan şəxslərin – futbolçuların, məşqçilərin və digər texniki işçilərin – qeydiyyat sistemi yaradılıb.

Artıq bu sistemdə qeydiyyata alınanların sayı 90 minə çatıb. Azərbaycan futbol ailəsinin qeydiyyatdan keçən 90 mininci üzvü “Coca-Cola Məktəbli Kuboku” turnirində çıxış edən Hacıqabul rayon 7 nömrəli orta məktəbin 6-cı sinif şagirdi Səbuhi Abuzərovdur.

Xəbər 672 dəfə oxundu.