“Sumqayıt” futbol klubunun U-17 komandası mövqeyini möhkəmləndirib
“Bakcell U-17 Liqası”nda növbəti turun oyunları keçirilib. “Sumqayıt” futbol klubunun 17 yaşadək futbolçulardan ibarət komandası doğma meydanda AZAL-ı qəbul edib.

Rəqibindən üstün oyun nümayiş etdirən komanda 3:0 hesablı qələbə qazanıb. Bu görüşdə qolları Aqşin Hüseynov, Nicat Sərdarlı və Xəzər Məmmədov vurub. “Sumqayıt” FK U-17 bu qələbə ilə 3-cü pillədəki mövqeyini bir qədər də möhkəmləndirib.

Bundan başqa, həftəsonu AFFA-nın təşkil etdiyi futbol liqalarında növbəti turun oyunları da keçirilib. “Sumqayıt”ın U-10 komandası şimal regionunda “Məhəllə uşaqları” komandası ilə üz-üzə gəlib və 6:0 hesabı ilə qələbə qazanıb.

“Sumqayıt” FK-nın U-11 komandası isə həftəni “Həkəri” üzərində texniki qələbə ilə başa vurub. Klubun U-12 komandası şimal regionunda İOEUGİM-lə qarşılaşıb və 2:0 hesablı qələbə qazanıb. Klubun U-13 komandası “Neftçi”yə 2:3, U-14 isə “Qarabağ”a 0:1 hesabı ilə məğlub olub.

Xəbər 715 dəfə oxundu.