Boksçularımız Vladimir Kliçko ilə görüşüblər
Boks üzrə milli komandamız ABŞ-a təlim-məşq toplanışına yollanıb.

Martın 3-dək davam edəcək hazırlıq prosesində on bir boksçu iştirak edəcək. Millimizin heyətində Rüfət Hüseynov (49 kq), Elvin Məmişzadə (52 kq), Tayfur Əliyev (56 kq), Cavid Çələbiyev (56 kq), Albert Səlimov (60 kq), Lorenso Sotomayor (64 kq), Pərviz Bağırov (69 kq), Kamran Şahsuvarlı (75 kq), Teymur Məmmədov (81 kq), Abdulkadir Abdullayev (91 kq), Məhəmmədrəsul Məcidov (91 kq-dan yuxarı) yer alıblar.

Qeyd edək ki, idmançılarımız Almaniyanın Frankfurt aeroportunda dünya şöhrətli boksçu Vlitali Kliçko ilə görüşərək xatirə şəkli çəkdiriblər.

Xəbər 773 dəfə oxundu.