İlk gündə 1 gümüş medal
Avstriyanın Obervart şəhərində kişi cüdoçular arasında dünya kuboku start götürüb. İdman.com.az saytının məlumatına görə, başlanğıc millimiz üçün uğurlu olub. Tatamiyə çıxmış 3 təmsilçimizdən biri fəxri kürsüyə çıxıb. Finala qədər irəliləyən İlqar Müşkiyev (60 kq), həlledici görüşdə gürcüstanlı Betkin Şukvaniyə ipponla uduzaraq, 2-ci yer tutub. Tərlan Kərimov (66 kq) və Rüstəm Orucovun (73 kq) startı məğlubiyyətlə nəticələnib.

Xəbər 1059 dəfə oxundu.