Elvin Məmmədov: Hədəf yalnız 3 xaldır
““Qarabağ”la oyun bu il keçirəcəyimiz ilk rəsmi görüş olacaq. Bu oyunda yalnız qələbə barədə düşünürük". İdman.com.az-ın məlumatına görə, bu sözü klubun rəsmi saytına "Bakı" klubunun futbolçusu Elvin Məmmədov deyib.

Yarımmüdafiəçi vacib oyun öncəsi komandasının hazırlıqları davam etdirdiyini və bu oyuna yalnız 3 xal üçün çıxacaqlarını bildirib: "Çox istəyirik ki, ilk oyunda qələbə qazanıb, yeni ilə uğurlu başlayaq. Altılığa düşmək və çempionluq uğrunda mübarizə aparmaq üçün 4 çətin oyunumuz var. Bunlardan biri də “Qarabağ”la keçirəcəyimiz oyundur.

Özümüzü sübut etmək və liderlərdən geri qalmamaq üçün oyunların hər birində 3 xal qazanmaq lazımdır. "Bakı"ya gəldikdə, gözəl kollektiv qurulub, güclü heyətimiz var. İnanıram ki, qarşıdakı oyunlardan maksimum xal toplayıb, liderlə xal fərqini azaldacağıq”.
Qeyd edək ki, “ağ-göylər” Ağdam klubu ilə fevralın 15-də evdə qarşılaşacaq.

Xəbər 919 dəfə oxundu.