“Püşkdə Azərbaycanla düşməyi arzu etmirdim”
“Dünya çempionatının pley-off mərhələsinin püşkatmasının nəticələrindən razı qaldım. Çünki Azərbaycan və Rumıniyadan başqa istənilən rəqiblə qarşılaşmaq arzum yerinə yetdi”. İdman.com.az saytının məlumatına görə, bu sözü Serbiya milli komandasının baş məqşçisi Atsa Kovaçeviç deyib.

O, bu gün Zaqrebdə keçirilmiş DÇ-2012-nin pley-off mərhələsinin püşkünə münasibət bildirib. Mütəxəssis, Avro-2012-nin final mərhələsində 9:8 hesabı ilə məğlub etdikləri Azərbaycan milli komandasından çəkindiyini etiraf edib: “Bu 2 komandaya baxanda Macarıstanla düşməyimiz daha yaxşıdır. Bu rəqib güclü olsa da, münasibdir”.
Qeyd edək ki, Azərbaycan yığması pley-offda Rusiya ilə qarşılaşacaq.

Xəbər 959 dəfə oxundu.