Teymur bu mövsüm SOCAR-a kömək edə bilməyəcək
Azərbaycanlı qrossmeyster Teymur Rəcəbov bu il İsraildə keçiriləcək klubların Avropa çempionatında iştirak etməyəcək. İdman.com.az saytının məlumatına görə, buna səbəb milli komandamızın aparıcı üzvünün şahmat tacına iddiaçıların yarışında mübarizə aparmasıdır. Ölkəmizin SOCAR klubu artıq ona əvəz axtarmağa başlayıb.
Qeyd edək ki, qitənin klub çempionatı oktyabrın 18-də başa çatacaq. İddiaçıların turniri isə oktyabırn 23-də start götürəcək.

Xəbər 1084 dəfə oxundu.