"Neftçi"nin qızlar komandasının 5 üzvü yığmada
“Neftçi” PFK-nın qızlardan ibarət komandasının 2 futbolçusu – Ülviyyə Ağayeva və Sevinc Fəttazadə Azərbaycan U-17 yığma komandasına cəlb olunub. Komandamızın üzvləri fevralın 19-dan 26-dək Bakıda təşkil olunacaq təlim-məşq toplanışında, həmçinin Macarıstan U-17 yığma komandası ilə ayın 23 və 25-də “Bayıl Arena”da keçiriləcək yoldaşlıq görüşündə iştirak edəcəklər.

Xatırladaq ki, qızlar komandamızın daha 3 üzvü - Aysun Əliyeva, Süsən Mənsimova və Kristina Bakaradze Azərbaycan U-19 yığma komandasına dəvət almışdı. Beləliklə, “Neftçi”nin qızlar komandasının ümumilikdə 5 futbolçusu yığma komandalarımızın düşərgəsinə yollanacaq.

Xəbər 822 dəfə oxundu.