Boksçularımız Qazaxıstanda beynəlxalq turniri üç medalla başa vurublar
Qazaxıstanın Ust-Kamenaqorsk şəhərində yeniyetmələr arasında boks üzrə beynəlxalq turnirə yekun vurulub.

Yarışda yerli idmançılarla yanaşı, Özbəkistan, Azərbaycan, Rusiya, Qırğızıstan və Monqolustandan boksçular çıxış ediblər.

Milli komandamızın üzvü Əflatun Babayev (50 kq) bütün görüşlərdə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Daha iki boksçumuz isə turniri bürünc medalla başa vurub.

Həmyerlimiz Elnur Məmmədli yarışın ən yaxşı hakimi adına layiq görülüb.

Xəbər 714 dəfə oxundu.